Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarın koronavirus testi müsbət çıxıb.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat paylaşıb.
"Hörmətli xalqım, Sizə, ümumi vəziyyətimin yaxşı olduğunu çatdırmaq istəyirəm", - deyə, Tatar qeyd edib.
Bildirilir ki, Tatarın bütün görüşləri bir həftə təxirə salınıb.