Rusiya və Belarus Silahlı Qüvvələri “Domanovski”, “Qojski”, “Obuz-Lesnovski”, “Brestski” və “Osipoviçski” hərbi məktəblərində “Birlik qətiyyəti - 2022” birgə təlimini keçirir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.
“Hərbi məktəblərdə keçirilən təlimlərin döyüş uzlaşması mərhələsində müdafiənin təmin edilməsi və qanunsuz silahlı birləşmələrə qarşı mübarizə məsələləri üzərində iş aparılır”, - deyə nazirliyin saytında bildirilir.
Hərbi təlimlər iki mərhələdə keçiriləcək. Fevralın 2-9-da bölmələr yerdəyişmə, hərbi dəstələr yaratmaq, mühüm dövlət və hərbi obyektlərin mühafizəsi və müdafiəsini təşkil edəcək. Həmçinin Belarusda mühüm obyektləri əhatə etmək üçün hava hücumundan müdafiə hazırlığının yoxlanılması planlaşdırılır.