Fevralın 4-dən 20-dək Çində Qış Olimpiya Oyunları keçiriləcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, Pekində təşkil olunacaq bu beynəlxalq yarışda təşkilatçılar robotların xidmətindən istifadə etməyə başlayıblar.

Artıq Pekin Olimpiadasının əsas media mərkəzinin yemək zalında robotlar yemək paylamağa başlayıb. Bununla da təşkilatçılar koronavirus infeksiyasının yayılması təhlükəsini azaltmağaçalışdıqlarını bildiriblər.

Bildirilir ki, robotlar təkcə yemək gətirmir, həm də qabları təmizləyirlər.