"Armen Sarkisyan 2018-ci ildə Ermənistanın prezidenti seçiləndə "Britaniyanın vətəndaşı" olduğunu təqdim etməyib".
"Unikal" xəbər verir ki, bunu keçmiş baş nazir Hrant Baqratyan “Pressinq” verilişində deyib.
“O, hələ də Britaniya vətəndaşıdır, mən buna şübhə etmirəm. 4 ildir deyirik ki, o barədə sənədi prezidentin səhifəsinə qoyun, qoymurlar. Nikol Paşinyanın da münasibətinə gəlincə. O, bunu təsdiq etmir və hətta deyirdi ki, "Mən həyatda bundan sakit prezident tapa bilmərəm, qoy qalsın"".
Baqratyan, Armen Sarkisyanın Qazaxıstanın fəxri vətəndaşı olduğunu və bu səbəbdən istefa verdiyini də bildirib.
“O, Qazaxıstanda VIP-dir (Very important person - Beynəlxalq münasibətlər sistemində "xüsusi əhəmiyyətli şəxs"). O, Dariqaya ilə (Nazarbayevin qızı) yaxın olduğunu bildirib. O, ailəyə böyük maliyyə xidmətləri göstərib, onu şahzadə Çarlzla tanış edib və Çarlz yəqin ki, Dariqanın pulunu alıb qanuniləşdirib. O, Dariqa Nazarbayevlə birlikdə Qazaxıstanda mədənçıxarma sahəsinə əhəmiyyətli investisiyalar qoyub" - deyə, Hrant Baqratyan vurğulayıb.
Gülayə Mecid