Ukrayna təhlükəsizlik qüvvələri Donbassı atəşə tutub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Atəşkəsə Nəzarət və Koordinasiya Birgə Mərkəzinin nümayəndəsi məlumat verib.
“Saat 05:45-dən 10:28-dək Ukrayna silahlı qüvvələri Kominternovo və Oktyabr yaşayış məntəqələrini atəşə tutub", - deyə bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi də Ukrayna Silahlı Qüvvələrinin bütün heyətinin yarısını Donbassa göndərdiyini qeyd edib.