"Ermənistanda iki seçki ola bilər, lakin hazırkı baş nazir və komandasının hazırkı reytinqini nəzərə alsaq, mer seçkilərində belə riskə getdikləri üçün prezident seçkilərində iştirak etməyəcəklər".
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Paşinyan prezident olmağı düşünürsə onda hakimiyyətdə köklü dəyişikliklər olmalıdır:
"Əminəm ki, Nikol Paşinyan prezident olmaq istəyir, amma başqa yolla, seçkisiz. Lakin bundan əvvəl konstitusiya referendumu keçirilməlidir, çünki hakimiyyət dəyişikliyi olmalıdır, orada prezidentin güc və xarici siyasət blokunun rəhbəri olduğu bildirilir. Baş nazir postu yaradacaqlar və o, iqtisadiyyatın idarəçisi olacaq. Başqa sözlə, bu, yarı-prezident forması olacaq, amma parlament paketi ilə olacaq”, - deyə o, qeyd edib.
Gülayə Mecid