Ermənistanla Türkiyə arasında iki illik fasilədən sonra ilk dəfə olaraq birbaşa uçuşlar bərpa edilib.
"Unikal" bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.
İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu Ermənistanın “Fly One Armenia” aviadaşıyıcısı həyata keçirib.
Təyyarənin göyərtəsində 65 sərnişin olub.
İlkin mərhələdə İrəvandan İstanbula uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Gələcəkdə uçuşlar çərşənbə günləri də həyata keçiriləcək.