Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura start verilib.
"Unikal" xəbər verir ki, günün yeganə qarşılaşması “Murov” və “Neftçi” komandaları arasında olub.
“Murov” Voleybol Klubunun idman zalında baş tutan görüş qonaqların 1:3 (29:31, 25:23, 16:25, 20:25) hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 6-ya çatdıran "ağ-qaralar" liderliyə yüksəlib.
Qeyd edək ki, IV turun MOİK – "Sərhədçi" oyunu qonaq komandanın baş məşqçisi Qüdrət Məlikov və voleybolçusu Ramiz Bağırovun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.