BMT Təhlükəsizlik Şurası (TŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları ilə bağlı məlumatları müzakirə edəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, müzakirələr fevralın 4-də keçiriləcək.
Bundan əvvəl məlum olub ki, ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini xahiş edib.
Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya yanvarın 30-da Yapon dənizinə orta mənzilli ballistik raket atıb.
Birləşmiş Ştatlar yeni raket sınaqlarına görə BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarını genişləndirməyə çalışır. Yanvarın ortalarında onlar bu təşəbbüslə çıxış etməyə çalışsalar da, Rusiya və Çindən dəstək almayıblar.