İran Prezidenti İbrahim Rəisi və Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Rəisi İrana dost və qardaş ölkə olan Qazaxıstanda sabitliyə çox önəm verdiyinj və bölgədə sabitliyi dəstəklədiyini bildirib.
Qazaxıstan prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına önəm verdiyini bildirib: “Ümid edirəm ki, iki ölkənin müştərək iqtisadi komissiyanın iclasında ikitərəfli əlaqələrimizin inkişafı üçün önəmli qərarlar qəbul olunacaq”.