Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Legia"dan ayrılaraq karyerasını Xorvatiyada davam etdirəcək.
"Unikal" xəbər verir ki, "Bakı" futbol klubunun yetirməsi olan hücumçu Zaqreb "Dinamo"suna keçib.
Polşa "Legiya"sı ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozan forvard yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb. Xorvatiya mətbuatı bildirib ki, 25 yaşlı hücumçunun transferi Zaqreb klubuna təxminən 1 milyon avroya başa gəlib.
Qeyd edək ki, o, 2021-ci ilin yayında “Qarabağ”dan Varşavaya keçərək 33 matçda 11 qola imza atıb.
Ağarza Elçinoğlu