Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
"Unikal" xəbər verir ki, qarşılaşmalar öncədən planlaşdırıldığı kimi iki günü deyil, üç günü əhatə edəcək.
Buna “Qarabağ” səbəb olub. Ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək Ağdam klubu “Keşlə”yə qarşı səfər oyununun vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət edib. Yarışların Əsasnaməsini və “Keşlə”nin razılıq məktubunu rəhbər tutan qurum “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən 11-nə keçirib.
Qeyd edək ki, cavab görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
11 fevral (cümə)
18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”
12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”
13 fevral (bazar)
18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu