"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etmək niyyətindədir.
"Unikal" "AS"a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis uruqvaylı müdafiəçinin meneceri Edmundo Kapçi ilə görüşüb. Bildirilib ki, ispan çalışdırıcı bu keçidin detalları ilə maraqlanıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2018-ci ildən Kataloniya klubunun şərəfini qoruyur.