İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel koronavirusa yoluxub.
"Unikal" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin testi pozitiv çıxıb.
Almaniyalı baş məşqçi karantinə alınıb. Tuxelin növbəti həftəsonu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, Tomas Tuxel 2021-ci ilin yanvarında "Çelsi"nin baş məşqçisi təyin edilib.