Parisdə start götürən “Böyük dəbilqə” turniri davam edir.
"Unikal" xəbər verir ki, turnirin ikinci günündə yarışa 3 cüdoçumuz qoşulub. Cüdoçularımızdan Uşangi Kokauri (+100 kq) əvvəlcə Monako təmsilçisi Marvin Qado, sonra yerli idmançı Emre Sanalı məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, komandamızın aktivində hələlik medal yoxdur.
Xatırladaq ki, Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.