"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i qarşıdakı 2 səfər oyununu azarkeşsiz keçirəcək.
"Unikal" xəbər verir ki, Marsel şəhərinin eyniadlı təmsilçisinin fanatları fevralın 13-də "Nitsa"ya qarşı baş tutacaq ölkə kubokunun 1/4 final və bundan 3 gün sonra "Mets"lə oynanılacaq Liqa 1-in XXIV tur matçlarına buraxılmayacaqlar.
Buna səbəb Xorxe Sampaolinin rəhbərlik etdiyi kollektivin səfərdə "Şovinyi" klubuna 3:0 hesabı ilə qalib gəldiyi Fransa Kubokunun 1/8 final qarşılaşmasında qonaq komandanın tərəfdarlarının tüstü bombalarından istifadəsidir.
Bu isə o deməkdir ki, "Marsel" öz azarkeşləri ilə evdə "Qarabağ"a qarşı oynayacağı pley-off matçında görüşə biləcək.
Qeyd edək ki, qarşılaşma fevralın 17-də "Velodrom" stadionunda baş tutacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.