Rusiya və Kanada milli komandaları arasında Pekində 2022-ci ildə keçiriləcək qadın xokkey olimpiya turnirinin qrup mərhələsinin oyunu təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
İlkin olaraq görüşün Moskva vaxtı ilə saat 07:10-da başlaması nəzərdə tutulurdu. Mənbənin sözlərinə görə, kanadalılar meydana çıxmaqdan imtina ediblər. Qeyd olunur ki, rəqib komandadan rusiyalılar üçün koronavirus testlərinin nəticələri tələb olunur.
Ağarza Elçinoğlu