"Bu gün bir neçə redaktor toplaşacaq və Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət olunacaq".
Bunu "Unikal"a açıqlamasında "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.
O bildirib ki, müraciətdə deputat Cavanşir Feyziyevlə bağlı qanunamüvafiq qaydada ölçü götürülməsini və onun mandatından məhrum edilməsi prosedurunun başladılmasını xahiş edəcəklər.
Xatırladaq ki, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. O, bu məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan C.Feyziyev bu paylaşımda jurnalistlərin adını çəkərək təhqir edib.
Anar Kəlbiyev