Türkiyənin "Yeni Malatyaspor" klubu baş məşqçisi Marius Şumuditsanı istefaya göndərib.
"Unikal" superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin mövsümün sonunadək olan müqaviləsi vaxtından əvvəl ləğv olunub.
Qeyd edək ki, Şumuditsa 2021-ci ilin oktyabrında komandanı çalışdırırdı. "Yeni Malatyaspor" Superliqada 23 oyundan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.