Türkiyə "Qalatasaray"ının sabiq baş məqşçisi Fatih Terim İstanbul klubunda prezident vəzifəsinə namizədliyini verəcək.
"Unikal" xəbər verir ki, 69 yaşlı mütəxəssis artıq seçki hazırlıqlarına başlayıb.
İstanbulda ofis açan Terim Ahmet Yüce, Erdem Timur, Rezan Epözdemir, iş adamı Bahattin Demirbileklə Ali Yüceni də özü ilə birlikdə klubun rəhbərliyinə gətirmək istəyir.
Qeyd edək ki, "Qalatasaray"da növbəti prezident seçkilərinin dəqiq vaxtı bəlli deyil.