Bu gün Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
"Unikal" xəbər verir ki, 21 yaşlı idmançı qısa proqramda bacarığını göstərməyə çalışacaq.
Yarış Bakı vaxtı ilə gecə saat 05:15-də start götürəcək. Litvintsev Roman Sadovski (Kanada), Nikolay Majorov (İsveç), Lukas Britşgi (İsveçrə), Aleksandr Selevko (Estoniya) və Tszin Boyanla (Çin) I qrupda yer alıb. O, buz üzərinə 6-cı sırada çıxacaq.
30 konkisürənin qatıldığı yarışda ilk 24 sıranı tutan idmançılar fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-i məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.