Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında keçirilən görüş başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasından məlumat verilib.

Bildirilib ki, görüş Marinski sarayında baş tutub.

Hazırda liderlərin birgə brifinqi keçirilir.

***15:47

Ukrayna və Fransa prezidentləri görüşüb.

"Unikal"ın verdiyi xəbərə görə, Kiyevdə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.

Görüşün sonunda prezidentlər mətbuata açıqlama ilə çıxış edəcəklər.

*** 14:12

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfərini başa vuraraq Ukraynaya səfərə gəlib.

"Unikal" xəbər verir ki, qonaq Kiyev şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Qeyd edək ki, son dəfə Fransa Prezidentinin Ukraynaya səfəri 1998-ci ildə həyata keçirilib.

Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə görüşən E.Makronun apardığı danışıqlarda Ukrayna ilə bağlı məsələyə geniş diqqət yetirilib. Bundan əvvəl Fransa lideri Ukraynanın şərqindəki münaqişənin dinc, diplomatik yollarla həll olunmasının vacibliyini söyləyib.