Son sutka ərzində İranda 38 min 757 nəfər koronavirusa yoluxub, 114 nəfər isə bu xəstəlikdən ölüb.
"Unikal" İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 657 842 nəfərə, ölənlərin ümumi sayı isə 133 048-ə çatıb.
Müxtəlif xəstəxanaların reanimasiya şöbəsində yerləşdirilən 2 724 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, müalicə alan 6 191 746 xəstə sağalaraq evə buraxılıb. İranın 120 şəhəri virusun geniş yayılması ilə əlaqədar qırmızı zonaya daxil edilib.