Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Minsk Razılaşmalarını yerinə yetirməsi ilə bağlı sözlərinə cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə Zelenski fransalı həmkarı Emmanuel Makronla Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.
O qeyd edib ki, Putin haqlıdır. Ukrayna gözəldir, ancaq burada "mənim" ifadəsi artıqdır.
"Ukrayna səbirlidir, məncə, bu, müdriklikdir. Bu, bütün Avropa və ruslar üçün vacibdir. Çünki eskalasiya bizim səbrimizdən asılıdır. Biz ölkəmizi müdafiə edirik, öz ərazimizdəyik. Səbrimiz təxribatlara cavab vermədiyimiz zaman təsirlidir, çünki biz özümüzü ləyaqətlə aparırıq”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, fevralın 7-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı Putin Minsk Razılaşması ilə bağlı danışarkən “İstəsən də, istəməsən də, səbr et, mənim gözəlim” məsəlini nümunə gətirib.