Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun son oyununda "Sumqayıt" "Səbail"in qonağı olub. "ASCO Arena"dakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Matçda hesabı meydan sahibləri açıblar. Domantas Şimkus 17-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. 65-ci dəqiqədə isə "gənclik şəhəri" təmsilçisi tarazlığı bərpa edib. "Dənizçilər"in heyətində Camal Araqo avtoqol müəllifi olub.
Bu heç-heçədən sonra "Sumqayıt" 13 xalla 7-ci, "Səbail" isə 11 xalla sonuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Keşlə"yə 1:0, "Qarabağ" "Neftçi"yə 2:1, "Sabah" isə evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəlib.