AFFA İntizam Komitəsi "Qarabağ"ı cərimələyib.
"Unikal" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisinin azarkeşləri Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə səfər matçında (2:1) meydana kənar əşya atdığı üçün klub 1 600 manat məbləğində cərimə olunub.