Rusiya Olimpiya Komitəsi (ROK) əslən azərbaycanlı fiqurlu konkisürən Kamilə Vəliyevanın dopinq testinin müsbət çıxması ilə bağlı açıqlama yayıb.
"Unikal" xəbər verir ki, ROK idmançının müsbət dopinq testinin Pekin Olimpiadası zamanı götürülmədiyini, bu halda da komanda turnirinin nəticələri avtomatik yoxlanılmadığını bildirib.
Təşkilat 2022-ci il Olimpiadasının qızılını saxlamaq üçün mübarizə aparacaqlarını vurğulayıb.
Bundan əlavə, ROK əlavə edib ki, Vəliyevanın 2022-ci ilin yanvarında Avropa çempionatından sonra götürdüyü dopinq testi, eləcə də Pekin Olimpiadası zamanı götürdüyü nümunə mənfi nəticə verib. Hadisə ilə bağlı araşdırma aparılacağı qeyd edilir.
Vəliyevanın şübhəli dopinq testi fevralın 9-da məlum olub. Bununla əlaqədar Beynəlxalq Olimpiya Komitəsi olimpiya komandaları turnirinin mükafatlandırma mərasimini təxirə salıb.
Ağarza Elçinoğlu