Azərbaycanlı futbolçu Riad Abbaszadə karyerasını Polşada davam etdirəcək.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 4-cü divizion təmsilçisi “Oskar”a keçib.
Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Riad Abbaszadənin son klubu “Qarabağ” olub. O, Ağdam kilubunun əvəzedici komandasında oynayıb. Abbazadə “Qarabağ”dan mövsümün əvvəlində ayrılıb.