"Beşiktaş" növbəti sezonda Aaron Boupendzanı heyətinə qata bilər.
"Unikal" xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.
Məlumata görə, Super Liqa təmsilçisi qabonlu futbolçunun hazırkı klubu “Əl-Ərəbi” (Qətər) ilə danışıqlara başlayıb. 25 yaşlı hücumçunu icarəyə götürmək variantını nəzərdən keçirən "ağ-qaralar" transferi 1 ay ərzində tamamlamaq niyyətindədir.
Qeyd edək ki, Aaron ötən mövsüm "Hatayspor"da 38 oyunda 22 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, mövsümün əvvəlində təxminən 5 milyon avroya "Əl Ərəbi"yə transfer olunub. Qətər klubu ilə 3 illik müqavilə imzalayan qabonlu hücumçu bu mövsüm 15 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.