İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandaları arasında klublararası dünya çempionatının final oyunu zamanı azarkeş güllələnib.
"Unikal" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə San-Pauluda baş verib. Cənubi Amerika təmsilçisinin fanatları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilmiş qarşılaşmanı komandalarının ev matçlarını oynadığı "Alyants Park" stadionunun yaxınlığında quraşdırılmış böyük monitordan izləyiblər.
Bu zaman tərəfdarlar arasında kütləvi iğtişaş olub və nəticədə bir nəfər güllələnərək öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
Qeyd edək ki, "Palmeyras"ı 2:1 hesabı ilə məğlub edən "Çelsi" klublararası dünya çempionatının qalibi olub.