"Mançester Yunayted"in futbolçusu Kristiano Ronaldo tezliklə futbolçu karyerasını bitirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Ronaldonun yaxın ətrafına artıq əvvəlki kimi oynaya bilmədiyini, buna görə də futbolla vidalaşmaq istədiyini deyib.
37 yaşlı hücumçunun mövsümün sonunda karyerasını bitirməyi düşündüyü qeyd edilib.
Portuqaliya millisinin kapitanı “Mançester Yunayted”lə çıxdığı son 6 oyunda qol vura bilməyib. Bu, onun 2009-cu ildən bəri ən uzun qolsuz seriyasıdır.