Argentinanın məşhur müğənnilərindən olan Lali Esposito "Instagram" hesabından etdiyi  paylaşımı  ilə diqqət  çəkib. 

"Unikal" xəbər verir ki, o, 14  fevral "Sevgililər  Günü"nə  özəl olaraq,  dünyaca  məşhur futbolçu Messi ilə fotosunu  paylaşıb. Onun bu paylaşımı mətbuatda gündəm yaradıb. 

O, həmçinin  də,  postun altına "Onu çox sevirəm, ümid edirəm ki, işlər daha yaxşı olacaq. Əsl ailə başçısı Lionel Messi" şərhini yazıb. 

Lakin həmin foto Messini narahat edib. Ailəli olan Messi müğənni ilə olan fotosunu silinməsini tələb edib. Bundan sonra Messi Lalini sosial şəbəkə hesabından bloklayıb. Müğənni Messiye  onu blokdan çıxarmasını və yenidən izləməsini  xahiş edib.