Samux rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.
"Unikal"-ın məlumatına görə, bu barədə Daxili işlər naziri,general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Musayev Fikrət Kamal oğlu sərancama götürülüb. Hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Samux rayon Polis Şöbəsinə ötən gün polkovnik-leytenantı Ramil Səfərəliyev rəisi təyin olunub.
Xatırladaq ki ki, Ramil Səfərəliyev daha əvvəl Kəpəz rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsindən çalışıb.
Tural Əhmədov