PSJ rəhbərliyi fransalı hücumçu Kilian Mbappeni komandada saxlamaq cəhdlərini davam etdirir.
"Unikal" "The Independent"ə istinadən xəbər verir ki, ona yüksək maaşla - həftəlik 1 milyon avro olan qısamüddətli müqavilə təklif olunub.
Qətər əmiri bu təşəbbüsün arxasındadır. Xəbərdə qeyd edilib ki, o, PSJ prezidenti Nasser Al-Xəlafi və klubun idman direktoru Leonardoya Mbappenin nəyin bahasına olursa-olsun müqaviləsinin yenilənməsini təmin etməyi tapşırıb.
Bildirilib ki, Kilian Mbappe və onun nümayəndələri klubu xəbərdar edib ki, hücumçu bütün diqqətini bu mövsümə yönəltməyə çalışdığından, gələcəyinə dair qərarı yaya kimi verməyəcək.
Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.