Bu gün TIR sürücülərinin paytaxtın H.Əliyev prospektində yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb:
"Məsələyə hüquqi müstəvidə qiymət veriləcək".