Milli Məclisin üzvü Bakı şəhərinin rayonlarının sayının azaldılmasını təklif edib.
Deputat Fazil Mustafa "Unikal"a açıqlamasında bildirib ki, Bakının 12 rayonun olmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, bunu yarıbayarı azaltmaq olar ki, şəhərin idarəetməsi bir az çevikləşsin.
"Bu məsələyə baxmaq lazımdır. Sadələşdirmək, çevik idarəetmə gətirmək lazımdır. Gəncədə iki rayon var idi. Oradan keçib gəlirdin, əsas qərar verən şəhər idi. Bu məsələ bu həddə gəlibsə, bütün rayonlarda bunu tətbiq etmək lazımdır. İdarəetmə sadələşməli, bələdiyyələrə səlahiyyət verilməlidir. Bu kimi məsələlərdə ciddi bir islahatın tərəfdarıyam".
Qeyd edək ki, hazırda paytaxt Bakının 12 rayonu var. Bunlar Binəqədi, Qaradağ, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər və Pirallahı rayonlarıdır.
Anar Kəlbiyev