Nəqliyyatda Baş Polis İdarəsinə yeni rəis təyin edilib.
"Unikal" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Zaur Abdullayev vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Onun yerinə isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib.
Qeyd edək ki, bir neçə gün öncə Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.