Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Unikal"a bildirib ki, araşdırma zamanı qanun pozucusunun Masallı rayon sakini Elmidar Orucov olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb”.