Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda birinci divizionun 14-cü turunda keçirilən oyunlarla bağlı qərarlar da qəbul edilib.
MOİK – "Turan Tovuz" oyununda matçın 90-cı dəqiqəsində MOİK klubunun futbolçusu Qabil Sabirli “kobud oyun”a görə birbaşa qırmızı vərəqə aldığına və matç bitdikdən sonra yenidən meydana qayıdıb hakimlər briqadasını təhqir etdiyinə görə 6 oyun cəzalanıb, klub 480 manat cərimə olunub.