Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Hidayət Heydərov finala vəsiqə qazanıb.
"Unikal" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz startda Oron Qiner (İsrail), daha sonra almaniyalı İqor Vandtkeyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda idmançımız İsrail təmsilçisi Tohar Butbulu məğlub edərək finala yüksəlib. Onun həlledici mərhələdə rəqibi özbəkistanlı idmançı Obidxon Nomonov olacaq.