Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 264 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 463 min 855 nəfərin test edildiyi, 87 min 411 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 102 min 094 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.