Türkiyəli futbolçu Arda Turan daim getdiyi restoranda çalışan ofisiantın istəyindən təəccüblənib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc oğlan 14 fevralda sevgilisinə sürpriz hazırlamaq üçün futbolçunun “Audi RS6” markalı avtomobilini istəyib. Turan öncə təəccüblənsə də, daha sonra onun xahişini geri çevirməyib.
Qeyd edək ki, futbolçunun avtomobili 4 milyon lirə dəyərindədir.