"Lester" "Rikaro Pereyra ilə müqaviləni yeniləyib.
"Unikal" xəbər verir ki, "tülkülər" 28 yaşlı portuqaliyalı ilə 2026-cı ilədək yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 2018-ci ildən "Lester"də çıxış edən sağ cinah müdafiəçisi bu mövsüm 14 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.