“Qəbələ” – “Səbail” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.

"Unikal" xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Qəbələ” ikinci pillədəki mövqeyini möhkəmləndirib. “Səbail” isə 11 xalla sonuncu - 8-ci sırada qalıb.