Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, günün ikinci matçında son çempion “Neftçi” klubu “Keşlə”ni qəbul edib. Matç “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi” qələbə sayəsində xallarının sayını 25-ə çatdırıb və “Zirə” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. “Keşlə” 14 xalla 6-cı sırada qalıb.