Çinli Suy Vencin və Han Çon “Pekin-2022” Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə növü üzrə cütlüklərin yarışında qalib olublar.
"Unikal" xəbər verir ki, hakimlər çinli cütlüyün çıxışını 155,47 xalla qiymətləndirib. İkinci və üçüncü yerləri Rusiya Olimpiya Komitəsindən Yevgeniya Tarasova-Vladimir Morozov və Anastasiya Mişina-Aleksandr Qallimov cütlükləri tutublar.