Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin maşın-mexanizm parkında olub.
"Unikal" xəbər verir ki, Şəhər rəhbəri burada parka gətirilən yeni texniki avadanlıqlarla tanış olub, o cümlədən MKTİB-nin əməkdaşları ilə görüşüb.
MKTİB-nin rəisi Nurəhməd Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi diqqət və qayğısı sayəsində, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maşın-mexanizm parkı yenilənib, bu da öz növbəsində şəhərin kommunal xidmətləri sahəsinə öz töhfəsini verib.
Niyazi Bayramov MKTİB-nin əməkdaşları ilə görüşdə bildirib ki, bu gün Gəncə şəhərinin təmiz və səliqəli saxlanılmasında, yaşıllıq zolaqlarının salınmasında, o cümlədən abadlıq-quruculuq işlərində onların əvəzsiz xidmətləri var.
Səmimi söhbət zamanı işçilərin müraciət və təkliflərini dinləyən şəhər rəhbəri onların həlli istiqamətində müvafiq tapşırılqar verib.