Milli Məclisin üzvü Tahir Mirkişili erməni həmkarına “yersiz” danışdığına görə söz verməyib.
"Unikal" xəbər verir ki, bunu AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili "facebook" hesabında yazıb.
“Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan (mən) edirdi, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı. Şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur. Dövlətimiz və Prezidentimiz var olsun!”, - deputat qeyd edib.