Azərbaycanlı silah alverçisi beynəlxalq axtarışa verilib.
"Unikal"ın məlumatına görə, 1981-ci il təvəllüdlü Tale İbrahimov qanunsuz odlu silahları saxlamaq və satmaqda təqsirləndirilir.
T.İbrahimov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində İnterpol vasitəsilə axtarış elan olunub.