Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edən 85 nəfər minaya düşüb.
"Unikal" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.
Şöbə rəisi bildirib ki, minaya düşmüş şəxslərdən 30 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Minalardan təmizləmə prosesi başa çatana qədər işğaldan azad olunan ərazilərə nəzərdə tutulmayan marşrut üzrə hərəkət təhlükəlidir. Minaya düşənlərin sırasında müxtəlif kateqoriyadan olan insanlar var ki, həmin ərazilərə qanunsuz daxil olaraq mina təhlükəsinə məruz qalıblar.
Həlak olan mülki şəxslərdən bəziləri dəfələrlə qanunsuz olaraq həmin ərazilərə gedib və qanunvericiliyə uyğun olaraq cəzalandırılıblar. İşğaldan azad olunan ərazilərə getmək arzusunda olan mülki şəxslərin diqqətinə çatdırırıq ki, aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunan marşrutlar üzrə vətəndaşların getməsi üçün təhlükəsiz şərait yaradılıb.